
Şimali Koreya ballistik raket atıb - Yaponiya MN
Şimali Koreya çərşənbə günü Yapon dənizinə doğru ballistik raket atıb.
Busaat.az xəbər verir ki, bu barədə Yaponiya sahil mühafizəsi məlumat yayıb.
Səlahiyyətli orqan balıqçı gəmilərindən ayıq qalmalarını və raketin potensial fraqmentlərini aşkar etdikdə onlara yaxınlaşmamalarını xahiş edib.
Hadisə ilə bağlı Yaponiya Baş nazirinin ofisində böhrana cavab mərkəzi yaradılıb.
NHK televiziyasının məlumatına görə, raket uçuşda qalır və buna görə də çox dik trayektoriya ilə uçur. Ola bilsin ki, bu, uzaq mənzilli və ya ballistik raketdir.
Yaponiya Müdafiə Nazirliyi isə bildirib ki, raket buraxıldıqdan sonra təxminən bir saat uçuşda qalacaq.
“Hazırda raketin Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda, Koreya yarımadasından təxminən 550 km şərqdə Yapon dənizinə sıçraması gözlənilir”, – nazirliyin açıqlamasında qeyd edilir.
Busaat.az























