
Şimali Koreya bir gündə üç raket atıb - Yaponiya Sahil Mühafizəsi
Şimali Koreya Yaponiya istiqamətində daha üç raket atıb.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Yaponiya Sahil Mühafizəsi yayıb.
Məlumatda Şimali Koreyanın üç ballistik raket buraxdığı qeyd olunub.
Yaponiyanın Sahil Mühafizəsi ilk raketin trayektoriyasının ölkənin Niqata, Yamaqata və Miyaqi prefekturaları ərazisindən keçdiyini elan edib. Daha sonra Yaponiyanın Müdafiə naziri Yasukazu Hamada məlumatı təkzib edib və raketin Yapon dənizinə düşdüyünü bildirib.
Qeyd edək ki, Yaponiya hakimiyyət orqanları hazırda Şimali Koreyanın raket atışlarını araşdırmağa davam edir.
Busaat.az























