Məzmuna keç
  • Azeri Light99.88 $▼0.75%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin66 862 $▼2.00%
  • Ethereum1 895 $▼1.69%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Şimali Koreya böhranı artır: "Raket sınaqları “özünümüdafiə” məqsədlidir"

image-_96603281_a741e892-1641-475a-b154-b29431b681bc
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 Raket sınaqları “müntəzəm və planlı özünümüdafiə” olaraq həyata keçirilib.

Busaat.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən məlumat yayıb.

Məlumatda bu sınaqların Şimali Koreyanın və regionun təhlükəsizliyini ABŞ-ın birbaşa hərbi təhdidlərindən qorumaq məqsədi ilə həyata keçirildiyi bildirilib və ABŞ-ın sözügedən təhdidlərinin ən azı 50 ildir davam etdiyi vurğulanıb.

ABŞ-ın Ronald Reyqan təyyarədaşıyan gəmisinin Koreya yarımadası yaxınlığında yerləşdirilməsinin regional təhlükəsizliyə mənfi təsir göstərdiyini qeyd edən səlahiyyətlilər, Şimali Koreya Silahlı Qüvvələrinin mövcud vəziyyətdən narahat olduqlarını və hadisələrin sonrakı gedişinə ciddi yanaşdıqlarını bildiriblər.

Şimali Koreya son 2 həftədə 6-cı raket sınağını keçirib. Şimali Koreyanın oktyabrın 4-də buraxdığı ballistik raket 2017-ci ildən bəri ilk dəfə Yaponiyanın şimal-şərqindən keçərək Sakit okeana düşüb.

ABŞ və Cənubi Koreya Şimali Koreyanın ballistik raket buraxılışına cavab olaraq birgə təlimlərdə Şərq dənizinə (Yaponiya dənizi) 4 raket buraxıb.

Digər tərəfdən ABŞ birgə təlimlərdən sonra Koreya yarımadasını tərk edən Ronald Reyqan təyyarədaşıyan gəmisinin oktyabrın 5-də Şərq dənizinə geri dönəcəyini açıqlayıb.

Bundan sonra Şimali Koreya oktyabrın 6-da Şərq dənizi istiqamətində daha iki ballistik raket buraxıb.

Qeyd edək ki, ABŞ, Cənubi Koreya və Yaponiya sentyabrın 30-da Şərq dənizinə bitişik beynəlxalq sularda son beş ildə ilk dəfə sualtı qayıqlar əleyhinə birgə təlim keçirib.

Pxenyan administrasiyası da Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarlarını pozaraq 2022-ci ilin əvvəlindən bu yana müxtəlif mənzilli 20-dən çox ballistik raket sınağı həyata keçirib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=87244