
Şimali Koreya daha altı raket atıb - Yonhap Agentliyi
Şimali Koreya daha altı raket atıb və onlar arasında “yer-hava” tipli raketlər də istifadə edilib.
Busaat.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat verib.
Məlumata görə, Şimali Koreya ordusu yer-hava raketləri də daxil olmaqla daha altı raket buraxıb.
Bundan əvvəl Cənubi Koreya tərəfi zenit raketləri də daxil olmaqla, Şimali Koreya hərbçiləri tərəfindən dəfələrlə raket buraxılışları həyata keçirməsi barədə məlumat verib.
Şimali Koreyanın qısa mənzilli ballistik raketlərindən biri Cənubi Koreyanın Ullenqdo adasına yönəlib və Seulun faktiki sərhəd hesab etdiyi şimal sərhəd xəttinin cənub sularının yaxınlığında yerə düşüb.























