Şimali Koreya iki ballistik raket atıb: “Yaponiyanın təhlükəsizliyinə təhdiddir”

image-kkbackend

Yaponiya Müdafiə Nazirliyi Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətinə dünən gecə iki ballistik raket atdığını açıqlayıb.

Busaat.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə naziri Hamada Yasukazu açıqlamasında bildirib.

“Maksimum 50 km hündürlüyə yaxınlaşan iki ballistik raket orbitdə təxminən 300 km məsafə qət edib. Şimali Koreyanın qərb sahillərindən Yapon dənizi istiqamətinə atılan raketlərin Yaponiyanın əsas iqtisadi zonasına düşdüyü təxmin edilir. Şimali Koreya səbəbsiz olaraq təxribatları gücləndirir. Bu sınaq atışları Yaponiyanın və bölgənin sülh və güvənliyini təhdit edir” –deyə, Yasukazu qeyd edib.

“Yaponiya hökuməti Pekin səfirliyi vasitəsi ilə Şimali Koreyaya etiraz notası verib. Raketlərin düşdüyü bölgədə zərər barədə isə hələlik dəqiq məlumat yoxdur” –deyə, nazir əlavə edib.

Kyoda agentliyi isə ABŞ, Cənubi Koreya və Yaponiyanın üçlü hərbi təlimlər keçirməsinin gözlənildiyini bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90