
Şimali Koreya nüvə sınağı keçirməyə hazırlaşır: Pentaqondan İDDİA
Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə sınağı keçirməyə hazırlaşır.
Busaat.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder brifinqdə bildirib.
“Biz inanırıq ki, KXDR nüvə sınağı keçirməyə hazırlaşır. Bununla belə, bunun nə vaxt baş tutacağı barədə dəqiq məlumat yoxdur” –deyə, Patrik Rayder qeyd edib.
Qeyd edək ki, Şimali Koreya Oktyabrın 4-də daha bir raketi sınaqdan keçirib. Bu son 10 gündə Şimali Koreyanın 5-ci və eyni zamanda ən böyük raket sınağıdır.
Busaat.az























