
Şimali Koreya Pxenyan ərazisindən orta mənzilli ballistik raket buraxıb
Şimali Koreya Yapon dənizinə doğru orta və ya uzaq mənzilli ballistik raket atıb.
Busaat.az xəbər verir ki, bu barədə Koreyanın Yonhap agentliyi məlumat yayıb.
Cənubi Koreya ordusunun məlumatına görə, buraxılış yerli vaxtla saat 07:23-də qeydə alınıb. Raket təxminən 1000 kilometr məsafə qət edib. Onun yüksək bucaq altında atıldığı qeyd edilib.
“Şimal tərəfindən ballistik raketin buraxılması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq-aşkar pozulması və Koreya yarımadasında və dünyada sülh və sabitliyi pozan kobud təxribatdır”, – Qərargah Rəisləri Komitəsi bildirib.
Busaat.az























