Məzmuna keç
  • Brent neft111.01 $▼2.13%
  • WTI neft101.55 $▼2.47%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.907 $▲0.31%
  • Qızıl3 920 $▲0.53%
  • Gümüş49.99 $▲1.45%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda602.50 ¢▼0.17%
  • Bitcoin78 296 $▲0.62%
  • Ethereum2 289 $▲1.43%
  • S&P 5007 580▼1.83%
15°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675

Şimali Koreya yenə dünyanı hədələdi

image-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

KXDR-in nüvəsizləşdirilməsi konsepsiyası artıq mümkün deyil, Pxenyan ardıcıl olaraq nüvə silahlı qüvvələrini gücləndirməyə davam edəcək.

Busaat.az-ın  məlumatına görə , bu barədə TASS KXDR Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Şimali Koreya Xarici İşlər Nazirliyi bəyanatında ABŞ, Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirlərinin Münhendə bu yaxınlarda keçirilən görüşünü sərt şəkildə tənqid edib, burada xüsusilə KXDR-in tam nüvəsizləşdirilməsinə nail olunmasının zəruriliyi haqqında müddəa bir daha səsləndirilib.

Bəyanata görə, nüvəsizləşdirmə planı real nöqteyi-nəzərdən “daha ​​qeyri-mümkün və qeyri-real” olub.

Şimali Koreya Xarici İşlər Nazirliyi vurğulayıb ki, “ABŞ və onun peyklərindən düşmən təhdidləri olduğu müddətcə, nüvə silahı KXDR üçün sülhün və suverenliyin təminatıdır, həmçinin konstitusiya ilə təmin edilən özünümüdafiə vasitəsidir”.

KXDR Xarici İşlər Nazirliyi söz verib ki, ölkə “nüvə silahlı qüvvələrinin gücləndirilməsi ilə bağlı dövlət başçısının yeni siyasətinə sadiq qalmağa davam edəcək”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=159598