
Şimali Koreya yenidən Yapon dənizinə ballistik raket atdı
Yaponiya və Cənubi Koreya Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətində ballistik raket atdığını açıqlayıb.
Busaat.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Açıqlamada Pxenyan rəhbərliyinin bu il 32-ci raket sınağı çərçivəsində Yapon dənizi istiqamətində ballistik raket atdığı bildirilib.
Raketin Yaponiyanın əsas iqtisadi zonasından kənara düşdüyü qeyd olunub. Yaponiya Sahil Mühafizəsi (KAIHO) raketin düşdüyü ərazidə zərərin qiymətləndirilməsi işlərinin davam etdiyini bildirib.
Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada isə, Şimali Koreyanın şərq sahillərinə atdığı ballistik raketin növünü müəyyən etməyə çalışdıqları vurğulanıb.
Busaat.az























