
Şimali Makedoniyanın Baş naziri istefa verdi
Şimali Makedoniyanın Baş naziri Zoran Zaev istefa verdiyini elan edib.
Busaat.az “Rossia-24” telekanalına istinadən xəbər verir ki, Zoran Zaev öz partiyasının bələdiyyə seçkilərində məğlub olmasından sonra istefaya yollandığını açıqlayıb.
Onun sözlərinə görə, o həm Baş nazir, həm də Makedoniyanın hakim “Sosial Demokrat İttifaqı” partiyasının rəhbəri vəzifəsindən istefa verir.
Zaev, həmçinin qeyd edib ki, yeni Nazirlər Kabineti formalaşdırılana qədər Baş nazir vəzifəsini icra etməyə davam edəcək.
Şimali Makedoniyada yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turu oktyabrın 31-i keçirilib. İlkin məlumatlara görə, müxalifət sözügedən seçkilərdə 44 bələdiyyədən 22-də liderdir. Analitiklərin fikrincə, müxalifətin qalib gəldiyi şəhərlərin sayı artacaq.
Qeyd edək ki, Z.Zaev 2020-ci il oktyabrın 30-dan ölkənin Baş naziri vəzifəsini icra edib.























