Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 465 $▼6.97%
  • Ethereum1 738 $▼9.81%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Sinan Oğan Reuters-ə danışdı: Kılıçdaroğlunu dəstəkləmək şərtini açıqladı

image-sinan-ogan-a-2045051
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Prezident seçkilərində 5,2 faiz səslə üçüncü olan “Ata İttifaqı”nın namizədi Sinan Oğan ikinci turda kimləri dəstəkləyəcəkləri ilə bağlı İngiltərə xəbər agentliyi Reuters-ə diqqət çəkən açıqlama verib.

Busaat.az xəbər verir ki, Reuters-in “İkinci turda hökuməti təyin etmə potensialı olan şəxs kürdlərə güzəştə qırmızı xətt çəkdi” başlıqlı xəbərdə Oğanın ikinci turda müxalifət ittifaqının “kürt yönümlü partiyaya” (HDP nəzərdə tutulur – red.) güzəştə getməyəcəyi halında Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini söylədiyi bildirilib.

Oğan Reuters-ə verdiyi açıqlamada deyib: “İkinci tur üçün seçici bazamızla görüşəcəyik. Amma biz artıq nümayiş etdirmişik ki, terrorla mübarizə və miqrantların geri qayıtması bizim qırmızı xəttimizdir”.

“Seçki artıq ikinci tura qaldı. Biz əslində seçki başlayanda demişdik ki, seçki ikinci tura keçəcək. Çünki sahəni düzgün oxumaq lazımdır. Biz istədiyimiz bütün məqsədlərə nail olduq. Bundan sonra Türkiyənin böhrana və siyasi qarışıqlığa girməməsi üçün bütün məsuliyyəti üzərimizə götürəcəyik. Biz nə dedik? Bu seçkinin son sözünü türk millətçiləri deyəcək. Bu seçkidə HDP və HÜDA PAR əsas olmayacaq”, – Oğan deyib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=109723