Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 177 $▼4.46%
  • Ethereum1 818 $▼5.68%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Sinqapurda 20 ildən sonra ilk dəfə qadın edam ediləcək

image-default-2023-07-25t233022-300
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Sinqapurda narkotik alverində təqsirli bilinən iki nəfər, o cümlədən son 20 ildə ölüm cəzasına məhkum edilən ilk qadın edam ediləcək.

Busaat.az xəbər verir ki, bu barədə CNA qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, məhkum Saridevi Camani cümə günü edam olunacaq.

O, 2018-ci ildə 30 qrama yaxın heroini satdığı üçün ölüm cəzasına məhkum edilib.

“Cəza icra olunarsa, o, 36 yaşlı bərbər Yen May Voenin 2004-cü ildə narkotik ticarətinə görə asılmasından sonra Sinqapurda edam edilən ilk qadın olacaq”, – məlumatda deyilir.

Çərşənbə günü isə daha bir nəfərin, 50 qram heroinin qanunsuz dövriyyəsində təqsirli bilinən şəxsin edam edilməsi dəqiqləşib.

Qeyd edək ki, Sinqapurda bəzi cinayətlər, o cümlədən adam öldürmə üçün ölüm cəzası var. Sinqapur, həmçinin 500 qram sirr və 15 qram heroin saxlamağa görə ölüm cəzası ilə dünyanın ən sərt narkotik qanunlarına malik ölkəsidir.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=116171