Sir Ien Makkellen koronavirus peyvəndini vurduran ilk məşhur oldu – Fotobackend

Dünyaca tanınmış ingilis aktyor Sir Ien Makkellen koronavirus peyvəndi vurulan ilk məşhur olub.

Busaat.az xəbər verir ki, 81 yaşlı film ulduzuna London Kraliça Meri Universiteti Xəstəxanasında iki doza vaksin tətbiq edilib.

“Mənim qədər uzun yaşayan hər kəs daha əvvəl vurdurduqları peyvəndlərə borcludur. İndi bunu özümüz üçün yox, yaxınlarımız, cəmiyyət üçün edirik. Hər kəsə tövsiyyə edirəm, tərəddüdsüz”,- deyə Makellen qeyd edib.

Xatırladaq ki, Böyük Britaniyada kütləvi peyvəndlənmə 8 dekabrdan başlayıb