
Slovakiyada kəskin dərman çatışmazlığı yaranıb
Slovakiyada dərman təminatı sahəsində ekstremal vəziyyət yaranıb, ən çox risk altında olanlar şəkərli diabet, hipertoniya və ürək-damar xəstəliklərindən əziyyət çəkənlərdir insanlardır.
Busaat.az xəbər verir ki, bu barədə idnes.cz xəbər portalı məlumat yayıb.
5,5 milyona yaxın əhalisi olan ölkədə nə insulin, nə də ürək-damar xəstəlikləri üçün nəzərdə tutulan dərmanlar yoxdur. Aptek işçiləri qeyd edirlər ki, Slovakiyada heç vaxt belə hal baş verməyib.
Vəziyyət xüsusilə onkoloji xəstələr, şəkərli diabet, hipertoniya və ürək-damar xəstəlikləri olan insanlar üçün narahatlıq doğurur. Slovakiyadakı çətinliklər ilhaq dövründən başlayıb.
Uşaqlar da yaranan bu vəziyyətdən əziyyət çəkirlər. Xüsusən də apteklərdə azyaşlıların müalicəsi üçün antibiotiklər tapılmır. Çatışmayan dərmanlar siyahısında qulaq və göz damcıları da var.
Busaat.az























