
Slovakiyanın baş naziri istefa verdi
Slovakiyanın baş naziri Eduard Heqer sentyabrda keçiriləcək növbədənkənar ümumi seçkilər ərəfəsində istefa verib.
Busaat.az xəbər verir ki, Slovakiya prezidenti Zuzana Çaputova qurulacaq yeni texnokratik hökumətə Slovakiya Milli Bankının sədr müavini Ludovit Odoru baş nazir təyin edib.
Slovakiyada siyasi böhran davam etdiyi üçün baş nazir Eduard Heqer sentyabrda keçiriləcək növbədənkənar ümumi seçkilər öncəsi istefa verib və deyib: “Mən prezidentə səlahiyyətimi ləğv etmək və Slovakiyanı texnokratik hökumətlə sabit və dinc şəraitdə demokratik parlament seçkilərinə aparmaq üçün yer buraxmaq istədim”.
Hegerin istefasından sonra Slovakiya prezidenti Zuzana Çaputova ölkənin yeni texnokratik hökumətinin baş naziri vəzifəsinə Slovakiya Milli Bankının sədr müavini, 46 yaşlı Ludovit Odoru təyin edib. Çaputova bildirib ki, mayın 15-dən sonra Odor texnokrat hökumətin qalan hissəsini müəyyənləşdirəcək.
Busaat.az























