SMS icazə ilə evdən çıxan şəxs avtomobili üçün icazə almalıdır? – AÇIQLAMA

SMS icazə ilə evdən çıxan şəxs avtomobili üçün icazə almalıdır? – AÇIQLAMAbackend

Bakı və bakıətrafı ərazilərdə karantin postlarının götürülməsindən sonra 8103 SMS icazə sisteminin fəaliyyəti ilə bağlı dəyişiklik yoxdur.

Busaat.az xəbər verir ki, bunu açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev deyib.

Onun sölzərinə görə, sistemlə əlaqəli hər hansı bir yenilik olarsa bu barədə ictimaiyyətə məlumat veriləcək: “Müvafiq indeks üzrə yaşayış yerini avtomobillə tərk etmək üçün şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə yanaşı, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının da 8103-ə göndərilməsinə ehtiyac yoxdur”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90