Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 449 $▼1.51%
  • Ethereum1 742 $▼1.77%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

ŞOK ETİRAF: Ukrayna Rusiyaya qarşı hücuma keçəcək

image-russia-ukraine-and-nato
Russia, Ukraine and NATO
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ukrayna Rusiyaya qarşı hücuma hazırlığı tamamlamaq üzrədir.

Busaat.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Reznikov bildirib.

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ölkəsinin Rusiya qüvvələrinə qarşı irimiqyaslı hücuma hazırlığını başa çatdırmaq üzrə olduğunu və ümumiyyətlə hərəkətə keçməyə hazır olduğunu açıqlayıb.

Mətbuat konfransında danışan Reznikov deyib: “Allahın izni, əlverişli hava şəraiti və komandirlərimizin qərarı olan kimi hücuma keçəcəyik”.

Nazir hücumun başlama tarixi barədə məlumat verməyib.

Ukrayna bu hücumla Rusiyanın 14 ay əvvəl Ukraynaya hücumu ilə başlayan müharibəni bitirməyə ümid edir.

Rusiya Ukraynanın şərqində, cənubunda və cənub-şərqində böyük ərazilərə nəzarəti ələ keçirib. Ukrayna ordusu son gündəlik hesabatında ölkənin şərqindəki Baxmut şəhərində şiddətli qarşıdurmaların davam etdiyini açıqlayıb.

NATO-nun baş katibi Yens Stoltenberq bu həftə Ukraynanın xarici müttəfiqlərinin vəd etdiyi döyüş texnikasının demək olar ki, hamısının Ukraynaya çatdırıldığını açıqlayıb. Ukraynaya 1550-dən çox zirehli texnika, 230 tank və digər texnika və külli miqdarda sursat göndərilib.

Reznikov ölkəsinin çoxlu müasir texnikaya malik olduğunu, onların arasında “dəmir yumruq” rolunu oynayacaq silahların da olduğunu, Qərbdən gələn bəzi texnikalar üçün qoşun hazırlığının davam etdiyini bildirib.

Minlərlə Ukrayna əsgəri cəbhədə müxtəlif hərbi texnikadan istifadə etmək üçün Qərb ölkələrində təlim keçir.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=108226