Son Dəqiqə! – Türkiyə kəşfiyyatı İranın agent şəbəkəini çökdürdü – VİDEO

image-mitbackend

Türkiyənin Milli Kəşfiyyat Təçkilatı Türkiyənin Van ərazisində gili fəaliyyət göstərən İranın casus şəbəkəsini yerlə bir edib.

Milli Kəşfiyyat Təşkilatının (MİT) yerli polislə birgə keçirdiyi əməliyyat nəticəsində ikisi iran vətəndaşı olmaqla 8 nəfər saxlanılıb. Saxlanılanlar İranın keçmiş hərbçisini ölkəsinə qaçırmağa çalışarkən cinayət başında həbs olunublar.

Əməliyyat sentyabr ayının 24-də keçirilsə də, bu barədə yalnız indi məlumt verilib.

İran kəşfiyyatçılarının iranlı hərbiçini İrana qaçaqmalçılıq yolu ilə gətirmək üçün Vanda 30 min dollar büdcəsi olan bir şəbəkə yaratmağa çalışdıqları müəyyən edilib.

Şəbəkə üzvlərinin əməliyyata yardım üçün keçmiş hərbiçinin həyat yoldaşına 10 min dollar təklif etdiyi müəyyən edilib, imtina edəcəyi halda xanımın İrandakı ailə üzvlərinə zərər veriləcəyilə təhdid olunub..

Davam edən əməliyyatda 6 Türkiyə vətəndaşından ibarət digər şəbəkə üzvləri də yaxalanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90