SON DƏQİQƏ:İki hərbçimizin şəhid xəbəri gəldibackend

Qusar rayonundan olan və iki aydır axtarılan hərbiçilərin şəhid olma xəbəri gəlib.

Busaat.az xəbər verir ki, 44 günlük Vətən Müharibəsində itkin kimi axtarışda olan hərbi qulluqçuların şəhid olduğu məlum olub.
Belə ki, Ramazanov Rail Arif oğlu rayonun Hil, Şahbazov Sərvan Əliməhəmməd oğlu isə Gündüzqala kəndinin sakinidirlər.

Şəhidlərin cənazəsi bu gün rayon ictimaiyyətinin nümayəndələri və sakinləri tərəfindən izdihamla qarşılanıb və dəfn edilib.

Allah rəhmət eləsin!

Mənbə: Report