Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 513 $▼1.41%
  • Ethereum1 756 $▼1.01%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Son sutka ərzində 18 Çin təyyarəsi Tayvana yaxınlaşıb

image-1679132542_1679132545237
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Tayvan ordusu son 24 saat ərzində adanın yaxınlığında Çin Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələrinin (PLAN) 18 təyyarəsi və dörd gəmisini qeydə alıb.

Busaat.az xəbər verir ki, bunu Tayvan Müdafiə Nazirliyi “Twitter” hesabında bildirib.

“Bu gün səhər saat 6:00-da (yerli vaxtla – red.) Tayvan yaxınlığında 18 təyyarə və dörd PLAN gəmisi aşkar edilib”, – məlumatda deyilir.

Məlumata görə, dörd təyyarə Tayvanın hava hücumundan müdafiə zonasının cənub-qərb və cənub-şərq sektorlarına daxil olub. Buna cavab olaraq Tayvan hərbçiləri hava patrulları göndərib və həmçinin Çin təyyarələrini izləmək üçün hava hücumundan müdafiə sistemlərini işə salıblar.

PLAN 8-10 aprel tarixlərində Tayvan boğazında və adanın şimal, cənub və şərq sularında “Birgə Qılınc” adlı təlim keçirib. Bu, Tayvan ətrafında patrullarla üst-üstə düşür.

Təlim Tayvan lideri Tsay İnq-venin ABŞ-yə səfərindən sonra baş tutub. Aprelin 5-də ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti Tsay ilə görüş keçirib, bundan sonra ABŞ Tayvana silah satışının davam etdirilməsinin vacibliyini vurğulayıb. Çin Xarici İşlər Nazirliyi etiraz bəyanatı verərək Pekinin təsirli və qəti cavab tədbirləri görəcəyi ilə bağlı xəbərdarlıq edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=107109