
Sonda bunu da etdilər – Çində alimlər insan zehnini oxuya bildilər
Çinli alimlər insan zehnində keçənləri oxuya biliblər.
Busaat.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
Bildirilib ki, insan zehnindən keçənlər ingilis və yapon dillərində yazıya alınıb.
Sınağın həyat keçirilməsi isə beyin siqnallarını qeyd edən elektrofiziolojik görüntüləmə metodu olan elektrokortiqoqrafiya vasitəsilə baş tutub.
Belə ki, beynində şiş aşkarlanan 5 xəstəyə əməliyyat zamanı deyilən bir hecəni fərqli tonlarda söylənməsi tapşırılıb. Nəticədə xüsusi cihazlarla beyin aktivliyinin olduğu nöqtələr müəyyənləşdirilərək kodlama yaradılıb. Bununla da zehindən keçənlərin yazıya alınması reallaşdırılıb.























