Şoyqu 25-27 iyul tarixlərində Şimali Koreyaya səfər edəcək

image-1397301backend

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyəti KXDR-in 1950-1953-cü illər Vətən Qurtuluş Müharibəsində Qələbənin 70-ci ildönümü ilə bağlı bayram tədbirlərində iştirak etmək üçün iyulun 25-27-də Şimali Koreyaya səfər edəcək.

Bu barədə Busaat.az TASS-a istinadən xəbər verir.

“İyulun 25-27-də Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun başçılıq etdiyi  nümayəndə heyəti Şimali Koreya xalqının Vətən Qurtuluş Müharibəsində Qələbənin 70-ci ildönümü ilə bağlı bayram tədbirlərində iştirak etmək üçün Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfər edəcək. Bu səfər ikitərəfli hərbi əlaqələrin möhkəmləndirilməsi və iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm mərhələdir”, – məlumatda deyilir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki