Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 687 $▼1.14%
  • Ethereum1 748 $▼1.41%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Şoyqu və Priqojin arasında ziddiyyətlər davam edir: "Ordunu sursatla təmin edirik"

image-priqojin-soyqu
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya Müdafiə naziri Sergey Şoyqu orduya kifayət qədər sursat göndərildiyini bildirib: “Ümumiyyətlə müdafiə sektoru ordu və donanmanın ehtiyaclarını qarşılayır”.

Busaat.az xəbər verir ki, Şoyqu hərbi rəsmilərlə görüşündə Rusiya-Ukrayna müharibəsi və Qərbin mövqeyi ilə bağlı açıqlamalar verib.

Rusiya Silahlı Qüvvələrinin Ukraynada döyüşlərini davam etdirdiyini və Ukrayna ordusunun itkilər verdiyini bildirən Şoyqu deyib: “Qərb ölkələrinin görünməmiş hərbi dəstəyinə baxmayaraq, düşmən ciddi itkilər verir. Təkcə son bir ayda 15 mindən çox əsgər itirib”.

Ölkəsində müdafiə sahəsində fəaliyyət göstərən müəssisələrə istehsalın artırılması ilə bağlı tapşırıqlar verildiyini qeyd edən Şoyqu hökumətin sahədəki sifarişlərinin yerinə yetirilməsi prosesini nəzarətdə saxladıqlarını bildirib:

“Nəticədə 2022-ci ilin əvvəli ilə müqayisədə silah alışı xüsusilə 7 dəfə, ümumi silah növlərinin alınması isə 2,7 dəfə artıb. Düşməni məğlub etmək üçün Rusiya Silahlı Qüvvələrinə kifayət qədər sursat göndərildi. Ümumiyyətlə, müdafiə sektoru ordu və donanmanın ehtiyaclarını ödəyir. Buna baxmayaraq, müəssisələrin öhdəliklərini vaxtında yerinə yetirməməsi risklərini aşkar etmək və operativ şəkildə lazımi tədbirlər görmək lazımdır”.

Qeyd edək ki, daha əvvəl Rusiyanın “Vaqner” şirkətinin qurucusu Yevgeni Priqojin bildirib ki, Baxmutda toqquşmalarda iştirak edən muzdlular və rus əsgərlərinin sursat problemi var.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=108557