
SpaceX Pentaqona etdiyi müraciətini geri götürüb - Elon Mask
SpaceX Ukraynada Starlink şəbəkəsinin Pentaqon tərəfindən maliyyələşdirilməsi üçün etdiyi müraciəti geri götürdüyünü bildirib.
Busaat.az xəbər verir ki, bu barədə SpaceX-in qurucusu Elon Mask rəsmi Twitter səhifəsində məlumat verib.
Məlumata görə, Mask “Politico” qəzetinin Pentaqonun Starlink əməliyyatı üçün ödəniş imkanını nəzərdən keçirdiyini bildirən məqaləsini şərh edib və bildirib: “SpaceX artıq maliyyə tələbini geri götürüb”.
Qeyd edək ki, Oktyabrın 15-də Elon Mask şirkətin itkilərinə baxmayaraq, Starlink-in Ukraynada fəaliyyətini davam edəcəyini söyləyib.
Busaat.az























