
SSRİ-də ilk “McDonald’s”u açmış biznesmenin oğlu itkin düşüb
SSRİ-də ilk “McDonald’s”u açmış biznesmen Hamzat Xasbulatovun oğlu Timur Xasbulatov Moskvada itkin düşüb.
Busaat.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
39 yaşlı T. Xasbulatovun anası polisə müraciət edərək bildirib ki, oğlu həyat yoldaşı ilə mübahisə edib, bundan sonra evdən gedib və qayıtmayıb. Onun sözlərinə görə, Timur sonuncu dəfə sentyabrın 30-da əlaqəyə çıxıb.
Mənbə, həmçinin qeyd edib ki, T. Xasbulatov daha əvvəl də evdən gedib. Onda onu polis tapıb.
Qeyd edək ki, Hamzat Xasbulatov 1990-cı ildə SSRİ-də ilk “McDonald’s”u açıb. Şirkətdən TASS-a bildirilib ki, Xasbulatov Rusiyada 2018-ci ilədək “McDonald’s”un rəhbəri olub, həmçinin 2021-ci ilin martınadək “Ronald Makdonaldın Evi” xeyriyyə fondunun İdarə Heyətinin sədri vəzifəsini tutub.























