Stiv Cobsun işə qəbul üçün yazdığı anket 222 min dollara satıldı – FOTO

image-babb9f942b853f158894c5c5521770b9_resize-680-383_backend

“Apple” şirkətinin təsisçisi Stiv Cobsun 1973-cü ildə işə qəbul üçün doldurduğu anket hərracda 162 funta (221 842 dollar) satılıb.

Bu barədə “Charterfields” hərrac şirkətinin saytında qeyd olunub.

Bir səhifədən ibarət anket 1973-cü ildə S.Cobsun çox güman ki, Portlenddə Rid kollecini tərk etdikdən sonra əlyazısı ilə doldurulub. Bir il sonra S.Cobs “Atari” şirkətinə texniki mütəxəssis kimi işə düzəlib. Burada 1976-cı ildə “Apple” şirkətinin əsasını birlikdə qoyduqları Stiv Voznyakla birgə çalışıb.

Anketdə Cobs kompüter və kalkulyatorlarla işləmək, həmçinin elektron texnologiyalar və rəqəmsal layihələndirmə sahəsində bacarıqları barədə qeydlər edib.

image-screenshot-2021-03-25-173100

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki