Stoltenberq Ərdoğanın İsveçlə bağlı mövqeyini pisləyib

image-stoltenberqbackend

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyini tənqid edib və o, İsveçin Stokholmdakı Türkiyə səfirliyi yaxınlığında “Quran yandırma” aksiyasından sonra Ankaranın alyansa qoşulmaq üçün İsveçə verdiyi dəstəyə arxalanmaması lazım olduğunu bildirib.

Busaat.az xəbər verir ki, Welt TV-yə müsahibəsində Stoltenberq qeyd edib:

“İfadə və fikir azadlığı digər NATO ölkələrində olduğu kimi İsveçdə də dəyərli varlıqdır”.

Stokholmda Quranın yandırılması ilə müşayiət olunan sağçı ekstremist nümayiş İslam dünyasında hiddətə səbəb olub və İsveçlə Türkiyə arasında münasibətləri daha da gərginləşdirib. İsveç rəsmiləri sözügedən mitinqə icazə verdiyi üçün Türkiyə yanvarın 27-də İsveç müdafiə naziri Paul Consonun Ankaraya planlaşdırdığı səfərini ləğv edib.

Qeyd edək ki, Türkiyə və Macarıstan İsveçin Şimali Atlantika Alyansına üzvlüyünə hələ də razılıq verməyən yeganə NATO ölkəsidir. İsveç və Finlandiya hakimiyyəti Rusiyanın Ukraynada başlatdığı müharibə fonunda NATO-ya üzv olmaq üçün müraciət edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90