Stoltenberq: “İranı Rusiyaya dəstək verməməyə çağırırıq”

image-stoltenberqbackend

NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun mənzil-qərargahında İsveçin baş naziri Ulf Kristersson ilə birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Busaat.az xəbər verir ki, Stoltenberq Ukraynadakı müharibədə İran istehsalı dronların istifadəsi ilə bağlı suala cavab verib:

“Kəşfiyyat məlumatlarının təfərrüatlarına tam toxunmayacağam, amma deyə bilərəm ki, bütün sübutlar İranın Rusiyaya dron tədarük etdiyini göstərir. Biz bütün ölkələri, o cümlədən İranı Rusiyanın Ukraynaya qarşı qanunsuz müharibəsini dəstəkləməməyə çağırırıq”.

Almaniya, ABŞ, Hollandiya və Fransa kimi üzv dövlətlərin Ukraynaya daha təkmil hava hücumundan müdafiə sistemləri çatdırmağa başladığını bildirən Stoltenberq, “PUA-lardan hücumlar Ukraynaya dəstəyin artırılmasının aktuallığını vurğulayır” – deyə, qeyd edib.

Stoltenberq İranın Rusiyaya raket göndərdiyinə dair sübutların olub-olmaması ilə bağlı suala belə cavab verib:

“Cavab eynidir. Mən xüsusi olaraq kəşfiyyatımız haqqında təfərrüata varmayacağam. Bununla belə, biz təbii ki, İranın Rusiyaya hansı istiqamətlərdə dəstək verdiyini izləyirik. Biz İranı Rusiyaya pilotsuz təyyarələr və ya raketlər verməməyə çağırırıq. Bu addım BMT Təhlükəsizlik Şurasının qətnamələrini açıq şəkildə pozur”.

NATO-nun baş katibi Ukraynadakı müharibənin gedişi ilə bağlı deyib:

“Əsasən gördüyümüz odur ki, Rusiya, onun prezidenti Vladimir Putinin Ukraynadakı müharibəsi uğursuzluğa düçar olub. Prezident Putin Ukraynanı işğal etməklə böyük səhv etdi. O, Kiyevin ətraf rayonlarından və şimaldan geri çəkilməli oldu. Sonra Donbasda kütləvi hücuma keçdi. Bu hücum cəsur Ukrayna qüvvələri tərəfindən dayandırıldı və indi Ukrayna işğal edilən əraziləri azad edə bilir və biz bu işdə onları dəstəkləyirik”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki