
Stoltenberq sabah Türkiyəyə gəlir
NATO-nun baş katibi Stoltenberq sabah Türkiyəyə gələcəyini açıqlayıb.
Busaat.az xəbər verir ki, baş katib bu barədə NATO Müdafiə Nazirləri Toplantısında məlumat verib.
Stoltenberq Kahramanmaraşda baş verən dəhşətli zəlzələlərə görə bütün müttəfiqlərin Türkiyəyə dərin hüznlə başsağlığı və dəstəyini ifadə edib.
Stoltenberq əlavə olaraq bir neçə gün ərzində Türkiyəyə sığınacaq obyektləri göndəriləcəyini bildirib.
Baş katib həmçinin görüş zamanı NATO və müttəfiqlərin yardımlarının koordinasiyasını da qiymətləndirəcəyini vurğulayıb.
Busaat.az























