
Stoltenberq Ukraynanın NATO-ya qoşulma ehtimalını dəyərləndirib
NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Rusiya ilə münaqişədə məğlub olacağı halda alyansa qoşulma ehtimalını dəyərləndirib.
Busaat.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
“Ukraynanın Avropada müstəqil suveren demokratik dövlət kimi mövcud olmaq imkanı olmasa, onun üzvlüyünü müzakirə edəcək heç bir mövzu ümumiyyətlə olmayacaq”, – Stoltenberq deyib.
Bir müddət əvvəl Stoltenberq bildirmişdi ki, Vilnüsdə keçiriləcək sammitdə NATO Kiyevə yardımı artıracaq.
Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba alyansın Kiyevi üzvlüyə yaxınlaşdıran lazımi qərarların olmadığı halda hərbi-siyasi məğlubiyyətə uğrayacağını proqnozlaşdırıb.
Busaat.az























