
“Storm Shadow” uzaqmənzilli raketlər Kiyevə təhvil verilib - Ben Uolles
Britaniyanın müdafiə naziri Ben Uolles Londonun “Storm Shadow” uzaqmənzilli qanadlı raketlərini Kiyevə ötürdüyünü təsdiqləyib.
Busaat.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
“Baş nazir və mən daha uzun mənzilli silahların verilməsi barədə qərar qəbul etdik. Bu gün mən Böyük Britaniyanın “Storm Shadow” raketlərini Ukraynaya ötürdüyünü təsdiq edə bilərəm”, – o deyib.
Daha əvvəl CNN Qərb rəsmilərinə istinadən xəbər vermişdi ki, Britaniya “Storm Shadow” uzaqmənzilli qanadlı raketləri Ukraynaya ötürüb, London isə Kiyevdən onların Rusiyadakı hədəflərə qarşı istifadə olunmayacağına dair zəmanət alıb.
Qeyd edək ki, Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna üçün silah daşıyan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək.
Busaat.az























