“Şübhəsiz, aldığımızdan xeyli çox silah satacağıq” – Əmir Hatəmi

“Şübhəsiz, aldığımızdan xeyli çox silah satacağıq” – Əmir Hatəmibackend

“Şübhəsiz, idxal etdiyimizdən xeyli çox silah ixrac edəcəyik”

Busaat.az xəbər verir ki, bunu İranın Müdafiə naziri, briqada generalı Əmir Hatəmi deyib.

Nazir bildirib ki, keçən ildən bəri Tehrana silah ixracı və idxalı məsələsində danışıqların aparıldığı bir neçə ölkə müraciət edib.

Hatəminin sözlərinə görə, çoxları İran tərəfinin sanksiyalar çərçivəsində müdafiə sənayesində bu cür nəticələr əldə edə biləcəyinə inanmır.

Xatıraladaq ki, ötən gün BMT tərəfindən 2007-ci ildən İrana silah-sursatın idxal və ixracına qoyulan embarqo ləğv edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90