Süd zavodunda baş verən partlayışda 18 min inək tələf oldu

image-inek-1681384186backend

ABŞ-nin Texas ştatının rəsmiləri süd fermasında baş verən partlayış nəticəsində 18 minə yaxın inəyin öldüyünü bildirib. ABŞ-nin Dimmit şəhəri yaxınlığındakı South Fork Dairy zavodunda baş verən partlayış nəticəsində, həmçinin bir nəfər ağır yaralanıb.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətlilər partlayışa metan qazının səbəb ola biləcəyinə inanırlar.

Yerli vaxtla 19:21-də yanğın xəbəri aldıqlarını açıqlayan təhlükəsizlik işçilərinin paylaşdığı fotolarda hadisə yerindən böyük qara tüstünün qalxdığı görülüb.

Hadisə yerinə gələn polis və təcili yardım qrupları dağıntılar altında sıxışmış bir şəxsin xilas edilərək xəstəxanaya aparıldığını bildirib. Xəsarət alan şəxsin həyatı təhlükədədir.

Yanğın və tüstüdən ölən heyvanların dəqiq sayı bilinməsə də, BBC-yə danışan təhlükəsizlik rəsmiləri təxminən 18 min iribuynuzlu heyvanın tələf olduğunu bildirib.

Yerli xəbər agentliyi KFDA-ya danışan Şerif Sal Rivera yanğından sağ çıxan bəzi heyvanların olduğunu, lakin onların çox pis vəziyyətdə olduqlarını, buna görə də onları məhv etmək ehtimalının olduğunu söyləyib.

Vaşinqtonda yerləşən Heyvanların Rifahı İnstitutu BBC-yə bildirib ki, ölən heyvanların sayı təsdiqlənərsə, bu, 2013-cü ildən bəri ən ölümcül ferma yanğını olacaq.

2018-2021-ci illər arasında yanğınlarda 3 milyona yaxın təsərrüfat heyvanı tələf olub. Bildirilib ki, bu müddət ərzində 6 böyük yanğında 1,76 milyon toyuq tələf olub.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90