
Sudanda həlak olan mülki vətəndaşların sayını AÇIQLANIB
Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında gedən döyüşlərdə həlak olan mülki şəxslərin sayı 950 nəfəri keçib.
Busaat.az xəbər verir ki, bu barədə Sudan Həkimlər Birliyinin açıqladığı məlumatda bildirilir.
“Toqquşmalar nəticəsində həlak olan mülki şəxslərin sayı 958-ə çatıb, 4746 mülki şəxs yaralanıb”, – məlumatda deyilir.
Sudanlı həkimlərin bildirdiyinə görə, əl-Geneina şəhərində nə xəstəxanalar, nə də klinikalar fəaliyyət göstərir.
Qeyd edək ki, Sudanda vəziyyət ordu komandanı Əbdülfəttah əl-Burhan ilə Çevik Dəstək Qüvvələrinin (RSF) rəhbəri Məhəmməd Hamdan Daqalo arasında fikir ayrılıqları fonunda gərginləşib.
Busaat.az























