
Sudanda ölən mülki vətəndaşların sayı 447-yə yüksəlib
Sudanda silahlı toqquşmalar başlayandan bəri ölən mülki şəxslərin sayı 447 nəfərə çatıb.
Busaat.az xəbər verir ki, bu barədə RİA Novosti Sudan həkimlər birliyinin bəyanatına istinadən məlumat yayıb.
“Toqquşmalar başlayandan dinc sakinlər arasında ölənlərin sayı 447-yə, yaralananların sayı isə 2255-ə çatıb”, – məlumatda bildirilir.
Qeyd edək ki, aprelin 15-dən Sudanda Məhəmməd Həmdan Daqlonun başçılıq etdiyi Çevik Dəstək Qüvvələri ilə ölkənin silahlı qüvvələri arasında şiddətli döyüşlər gedir.
Busaat.az























