
Sudanda təyyarə qəzaya düşdü, 2 rusiyalı öldü
Cənubi Sudanın paytaxtı Cuba şəhərində yük təyyarəsinin qəzaya düşməsi nəticəsində 5 nəfər həlak olub.
Busaat.az “Star tribune” portalına istinadən xəbər verir ki, həlak olanların 2-si rusiyalıdır.
Yük təyyarəsi Cubadan havaya qalxdıqdan az sonra qəzaya düşüb. Hələ ki, təyyarənin hansı səbəbdən qəzaya uğradığı məlum deyil.























