
Sudanda toqquşmalarda 190 uşaq ölüb
Sudanda münaqişə başlayandan bəri 190 uşaq ölüb, 1700 uşaq yaralanıb.
Busaat.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel bildirib.
Ketrin Rassel mövzu ilə bağlı verdiyi yazılı açıqlamada hər münaqişədə olduğu kimi, uşaqların da ən çox təsirlənənlər arasında olduğunu və onların qorunması üçün hər cür səy göstərilməli olduğunu bildirib.
Bütün tərəfləri beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə və uşaqların təhlükəsizliyini təmin etməyə çağıran Russell deyib: “Sudanda vəziyyət ağırdır və bunun bədəlini uşaqlar öz həyatları ilə ödəyir. Münaqişə uşaqlar üçün dayandırılmalıdır”.
Rassel vurğulayıb ki, tərəflər tibb müəssisələrinə, məktəblərə, su və kanalizasiya obyektlərinə və digər infrastrukturlara hücumları dayandırmalıdır.
UNİCEF-in Sudandakı təsisatlarının zədələndiyini və resurslarının talan edildiyini qeyd edən Rassel bu vəziyyətin yardım səylərinə ciddi mənfi təsir göstərdiyini qeyd edib.
“UNICEF həmçinin Sudanda uşaqların sülh içində böyüməsi və gələcəyə ümidlə baxması üçün böhranın uzunmüddətli siyasi həllinə çağırır”, – Rassel bildirib.
Busaat.az























