Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 513 $▼1.41%
  • Ethereum1 756 $▼1.01%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Sudanda toqquşmalarda 83 nəfər ölüb

image-1681709872
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) milisləri arasında bir neçə gündür başlayan döyüşlər dünən paytaxt Xartumla yanaşı, müxtəlif şəhərlərdə də davam edib.

Busaat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında deyilir:

“Aprelin 15-dən bəri Xartum, Cənubi Kurdufan, Şimali Darfur və Şimal əyalətlərində və müxtəlif bölgələrdə baş verən qarşıdurmalarda ən azı 83 nəfər ölüb, 1126 nəfər yaralanıb. Ən şiddətli qarşıdurmalar Hartumda davam edib”.

Münaqişələr səbəbindən xəstələrin və tibb işçilərinin xəstəxanalara daxil olmaqda çətinliklərlə üzləşdiyini və bəzi dərman və tibbi ləvazimatların ciddi çatışmazlığı ilə üzləşdiyini bildirən ÜST münaqişə tərəflərini səhiyyə xidmətlərinin göstərilməsində qərəzsiz davranmağa və səhiyyə xidmətlərinə məhdudiyyətsiz çıxışı təmin etməyə çağırıb.

ÜST yaralıları, xəstələri, mülki şəxsləri, tibb işçilərini, təcili yardım maşınlarını və səhiyyə müəssisələrini qorumaq üçün beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərini bütün tərəflərə xatırladıb.

Qeyd edək ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartumda və müxtəlif şəhərlərdə Sudan ordusu ilə hərbiləşdirilmiş HDK arasında silahlı toqquşmalar baş verib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=107049