Süleyman Soylu və ailəsi koronavirusa yoluxdu

Süleyman Soylu və ailəsi koronavirusa yoluxdubackend

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu ailəsi ilə birlikdə koronavirusa yoluxub.

Busaat.az  xəbər verir ki, bu barədə Soylu sosial şəbəkədə yazıb:

“Bazar ertəsi özümüzü yaxşı hiss etmədiyimizdən təkrar test verdik. Həyat yoldaşım, qızım və məndə pozitiv çıxdı. Dünənə qədər evdə aldığımız müalicəni həkimlərimizin məsləhəti ilə xəstəxanada davam etdirəcəyik. İndi bir az yaxşıyıq. Bu vəsilə ilə bütün xəstələrə və İzmir zəlzələsində yaralananlara şəfa, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90