Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.76 $▼1.91%
  • WTI neft90.66 $▼0.86%
  • Avropa qazı (TTF)85.05 €▼5.12%
  • Təbii qaz (ABŞ)2.986 $▲1.01%
  • Qızıl4 055 $▲0.03%
  • Gümüş51.79 $▲0.47%
  • Pambıq78.34 ¢▼0.01%
  • Buğda596.50 ¢▲0.21%
  • Bitcoin75 503 $▼0.61%
  • Ethereum2 226 $▼0.41%
  • S&P 5007 428▲0.96%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071

Süleymaniyə məscidi və Səfəvi dövlətinin qiymətli daşları

image-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
1557-ci ildə tikilmiş Süleymaniyyə məscidi Osmanlı memarlığının şah əsərlərindən biri və Sultan Süleymanın hakimiyyətinin əzəmətinin simvoludur. Bu möhtəşəm binanın tikintisi isə memar Sinanın qızıl barmaqları ilə 7 ilə başa gəlib.
Süleymaniyyə, İstanbulun ən yüksək təpəsi üzərində Qanuninin hökmdarlığının gücünü göstərmək üçün inşa edilmişdir.
Məscidin tikintisi ilə bağlı belə bir əfsanə var. Sultan Süleyman məscidin tikintisinə çox ciddi fikir verirdi və xəzinədən memar Sinan üçün istənilən məbləği ödəməyi tapşırmış idi. Arxitektura sahəsində dünya nəhənglərindən biri sayılan memar Sinan bütün gücü ilə tikintinin tez bitməsinə çalışırdı. Lakin bir müddət Osmanlı xəzinəsi çətinlik ilə üzləşir və bu da tikintinin başa çatmasına əngəl yaradırdı.
Bunu eşidən Səfəvi şahı l Təhmasib Sultana dəstək olmaq niyyəti ilə ona bir sandıq qiymətli daş-qaş göndərir. Sultan hədiyyəni alır və onun içini görəndə Şahın ona kömək etmək istəyini təkəbbüründən başqa cürə anlayır. O elə hesab edir ki, Səfəvi Şahı Sultana hədiyyə – qiymətli daşlarla doldurulmuş sandıq göndərərək, onun ondan üstünlüyünü nümayiş etdirir və Osmanlının maliyyə problemlərinə eyham vurur.
Hədiyyəni alan Süleyman bunu təhqir kimi qəbul edir. Özünü Şah Təhmasibdən “üstün” hesab edən Sultan qəzəblənərək sandığı geri qaytarmaq barədə ona məsləhət verən vəzirlərinə qulaq asmır. Osmanlı tədqiqatçıları Şah Təhmasibin guya Sultana onu aşağılamaq niyyəti ilə məktub göndərməsini də qeyd edirlər. Həmin məktubun qısa məzmunda “Məscidi bitirin, bu sizə kömək edər” sözlərini “Eşitdim məscidi bitirmək üçün maliyyə yoxdur, bu sizə kömək olar. Məscidi bitirin” kimi təqdim edirlər.
Sultan Süleyman çıxış yolunu sandığın Memar Sinana göndərib məscidin tikintisində qiymətli daşlardan istifadə etmək əmri verməsində görür.
Qiymətli daşlarla bəzədilmiş minarənin talan obyektinə çevriləcəyini anlayan memar başqa cür hərəkət etmək qərarına gəlib. Bütün qiymətli daşlar incə bir toz halına gətirildi, sonra sementlə qarışdırıldı. Sinan bu həll yolu ilə minarələrdən birinin üzərinə bir neçə sıra daş bərkitdi.
Məhlul bərkidikcə minarə sübh çağı müxtəlif rənglərlə parıldamağa başladı. Deyirlər ki, onun səthinə düşən günəş şüaları qiymətli daşların parıltısını xatırladan işıq oyunu yaradıb.
Ona görə də bu minarəyə “Günəş minarəsi” adı verilmişdir.
Beləliklə bu gün Süleymaniyə məscidi parlayırsa burada Səfəvi şahı Təhmasibin saf niyyəti və Sultanın təkəbbürü rol oynayıb
Zaur Əliyev, dosent
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=158315