
Sülh naminə birgə işləməyin vaxtıdır - Toivo Klaar
Uzunmüddətli sülh yolunda birgə işləməyin vaxtı yetişib.
Busaat.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Twitter-də yazıb:
“Bu yaxınlarda baş verən ölümcül toqquşma və atışmalarla bağlı xəbərlərdən narahatlıq keçiririk. Zorakılığa heç bir əsas yoxdur. Bütün məsələlər yalnız danışıqlar yolu ilə həll edilməlidir”.
Klaar daha əvvəl bildirib ki, Aİ-nin yeganə marağı Ermənistan və Azərbaycana münaqişə irsini aradan qaldırmağa kömək etməkdir.
Busaat.az























