“Sülhməramlıların verdiyi qərarlar Azərbaycanın ərazi bütövlüyünə heç bir maneə törətməməlidir”

image-sulhmeramlibackend

Bu yaxınlarda Ermənistanın Rusiya ilə Qarabağ ərazisinə əcnəbilər üçün yeni buraxılış məntəqəsinin təşkili barədə müzakirə apardığı bildirilib. Bu barədə “RİA Novosti”yə müsahibəsində Ermənistanın diaspor ilə iş üzrə nümayəndəsi Zare Sinanyan deyib. O, bu məsələni Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə müzakirə etdiyini söyləyib.

Sinanyan Rusiya və Ermənistan vətəndaşlığı olmayanların bununla bağlı problemlər yaşadığını bildirib: “Hazırda yeni rejim belədir. Əvvəlcə Qarabağın Ermənistan nümayəndəliyinə 7 gün əvvəldən ərizə vermək lazımdır. Sonra siyahı Rusiya sülhməramlılarına göndərilir və daha sonra kimin gəlib-gəlməyəcəyi müəyyən edilir”.

Qeyd edək ki, Laçın dəhlizindən Qarabağa yalnız MDB vətəndaşları buraxılır. Halbuki 10 noyabr 2020-ci il bəyanatına əsasən bu dəhliz yalnız Qarabağda yaşayan ermənilər üçündür.

Bəs, bu məsələnin Rusiya ilə müzakirəsi nə dərəcədə doğrudur? Ümumiyyətlə, belə bir müzakirə yolveriləndirmi?

Mövzunu Busaat.az-a dəyərləndirən beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının fəaliyyət göstərdiyi ərazilərdə idarətetmə rejiminin müəyyən edilməsi ilə bağlı qərarları əslində sülhməramlıların özü verə bilər: “Amma burada belə bir nüans var ki, bu qərarlar Azərbaycanın ərazi bötüvlüyü və hakimiyyətinin suverenliyinə heç bir maneə törətməməlidir”.

image-eziz-elibeyli

“O ki, qaldı buraxılış məntəqəsinin təşkilinə, bu, hələki erməni əsilli vətəndaşların Ermənistandan Qarabağ ərazisinə dəhlizlər vasitəsi ilə keçidinə nəzarətin təkil olunması ilə bağlı məsələdir. Burada da hansısa bir müzakirə aparlımasının qəbahəti yoxdur.
Lakin yenə də diqqət etmək lazımdır ki, həmin buraxılış məntəqəsinin təşkil olunmasından Ermənistan hakimiyyəti özünün məqsədləri üçün istifadə etməsin. Bir sözlə, gələcəkdə çoxlu yeniliklərin şahidi olacağıq, lakin bu yeniliklər ajotaj doğurmamalıdır”-deyə, ekspert vurğulayıb.

Əlibəyli əlavə edib ki, rus sülhməramlılarının fəaliyyəti 5 il müddətinə davam etməlidir və bu davamiyyət Azərbaycanın nəzarəti altında baş verəcək: “Yəni, proseslərdə mütləq şəkildə hesabatılılıq təmin olunmalıdır. Həmçinin, ölkə başçılarının birgə görüşündə nümayiş etdirilən ümumi möqveyə də hər kəs etimad edir. Məslənin mahiyyəti də bundan ibarətdir”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki