
Sülhün həlli ABŞ-ın hərəkətlərindən asılıdır - Lukaşenko
Rusiya Ukrayna münaqişəsinə son qoyulmasının tərəfdarıdır, lakin sülhün həlli ABŞ-ın hərəkətlərindən asılıdır.
Busaat.az xəbər verir ki, bu fikirləri Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
“Mən 100% əminəm ki, ruslar bu münaqişənin bitməsini istəyirlər. Hər şey amerikalılardan asılıdır”, – Lukaşenko deyib.
Belarus lideri bildirib ki, “Ukraynadakı yolumuz sülh yoludur”.
Busaat.az























