
Sullivan Rusiya ilə aparılan nüvə danışıqlarının təfərrüatlarını açıqlamaqdan imtina edib
Ağ Evin milli təhlükəsizlik müşaviri Jake Sullivan nüvə riskləri barəsində Rusiya ilə danışıqların təfərrüatlarını açıqlamaqdan və nüvə silahlarından istifadə edilərsə, Vaşinqtonun nə edə biləcəyini şərh etməkdən imtina edib.
Busaat.az xəbər verir ki, bu barədə Sullivan Nyu Yorkda onlayn tədbirdə çıxış edib.
“Düşünürəm ki, bunun bir real risk olduğuna dair dürüst olmalıyıq və ABŞ Prezidenti Co Baydenin özünün dediyi kimi, nüvə silahından istifadənin riskləri hər kəsin öz təxəyyülündən istifadə edə biləcəyi zəncirvari reaksiyaya səbəb ola bilər. Ona görə də biz risklər haqqında doğru və konkret fikirlərdə olmalıyıq. Bu risklərə cavab olaraq xüsusi fəaliyyət planı hazırlamaq və çəkindirmə mühiti yaradılmalıdır. Çalışmalıyıq ki, nüvə fəlakəti ilə üzləşməyək” – deyə, məlumatda bildirilib.
Qeyd edək ki, daha əvvəl “Wall Street Journal” adı açıqlanmayan ABŞ və Qərb rəsmilərinə istinadən xəbər verib ki, Sullivan son aylarda Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə nüvə silahından istifadənin yolverilməzliyi ilə bağlı bir sıra məxfi müzakirələr aparıb.
Busaat.az























