Sumqayıt-Bakı qatarında texniki nasazlıq: 1 saat gecikdi

image-baki-sumqayit-qatar_-1backend

Bu gün səhər saatlarında Sumqayıtdan Bakıya gələn elektrik qatarında texniki nasazlıq qeydə alınıb.

Busaat.az xəbər verir ki, saat 06:50-də Sumqayıt Dəmiryol Stansiyasından hərəkətə başlayan qatar saat 07:42-də son ünvana çatmalı idi.

Lakin qatar Zabrat-2 və Zabrat-1 stansiyaları arasında dayanaraq ləngiyib. Maşinist sərnişinlərə qatarda texniki nasazlığın olduğunu bildirib.

Beləliklə, Sumqayıt-Bakı elektrik qatarı 1 saat gecikmə ilə son stansiyaya çatıb. Qatar 08:42-də Bakı Dəmiryol Stansiyasında dayanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki