“Kəpəz”in yarımmüdafiəçisi Georgi Papunaşvili iş yerini dəyişib.
Busaat.az Fanat.Az-ın əldə etdiyi məlumata görə, 28 yaşlı gürcü karyerasını “Sumqayıt”da davam etdirəcək.
Gəncə təmsilçisi ilə müqaviləsinin müddəti bu ayın sonuna qədər nəzərdə tutulan orta xətt oyunçusu yeni komandasına azad agent qismində qoşulacaq.
Qeyd edək ki, 2023/2024 mövsümündə “Kəpəz” forması ilə Misli Premyer Liqasında 19 matça çıxan Papunaşvili 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Azərbaycan Kubokunda 2 oyun keçirən futbolçu bu turnirdə 1 qolun ötürməsini verib.