Bakının Suraxanı rayonunda gənc piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Busaat.az-ın məlumatına görə, yolu keçən 2006-cı il təvəllüdlü Cavadov Kənan Taleh oğlunu avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.