Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 476 $▼4.03%
  • Ethereum1 827 $▼5.19%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Suriyada ABŞ və Rusiya arasında gərginlik

image-iha2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ Hərbi Hava Qüvvələri Komandanlığı Rusiya döyüş təyyarələrinin Suriyada ABŞ-nin pilotsuz uçuş aparatlarına (PUA) qarşı “təhlükəli” və “qeyri-peşəkar” hərəkətlər etdiyini göstərən görüntülər yayımlayıb.

Busaat.az xəbər verir ki,  bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdəki 9-cu komandanı general-leytenant Aleks Qrinkeviçin verdiyi yazılı açıqlamada deyilir.

“ABŞ-nin 3 MQ-9 PUA-sı İŞİD hədəflərinə qarşı missiya yerinə yetirərkən, 3 Rusiya döyüş təyyarəsi PUA-ları təqib etməyə başladı”, – Qrinkeviç bildirib.

Bu cür hərəkətlərin  “norma və protokollara zidd” olduğunu bildirən general, Rusiya təyyarələrinin PUA-ların qarşısına çoxlu paraşüt işıqlandırma bombaları ataraq İHA-ları qaçış manevrləri etməyə məcbur etdiyini deyib.

Qrinkeviç rus pilotun da öz təyyarəsini MQ-9-un qarşısına gətirdiyini və PUA-ların təhlükəsiz idarə olunmasının qarşısını aldığını bildirib.

“Bu hadisələr Rusiya qüvvələrinin Suriyadakı həm ABŞ, həm də Rusiya qüvvələrini təhdid edən qeyri-peşəkar və təhlükəli hərəkətlərinin daha bir nümunəsidir”, – Qrinkeviç əlavə edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=114606