
Suriyada dağıntılar altından çıxarılan yeni doğulmuş körpənin həyatı xilas edilib - FOTO
Xəbər verdiyimiz kimi, Türkiyədə baş verən 7,7 bal gücündə zəlzələ Suriyada da dağıntılara səbəb olub. Afrində yeni doğulmuş uşaq dağıntılar altından xilas edilərək xəstəxanada müalicə olunub.
Busaat.az xəbər verir ki, zəlzələdən sonra Afrinin Cinderes qəsəbəsində yerli sakinlər dağıntılar altında körpənin ağlama səsini eşidiblər.
Sakinlər körpəni dağıntılar altından çıxarsalarda, onun anasını xilas etmək mümkün olmayıb.
Klinikada müalicə olunan körpənin bədənində qançırların olduğu, vəziyyətinin stabil olduğu açıqlanıb.
Qeyd edək ki, körpə ailənin sağ qalan yeganə üzvüdür.
Busaat.az
.jpg)
Busaat.az























