Məzmuna keç
23 Oktyabr 2026, Cümə
Son dəqiqə
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Dünya

Suriyada prezident seçkiləri keçirilir

image-eve-of-presidential-election-in-syria
epa09226902 Syrians pass near presidential election poster of incumbent President Bashar Assad on the eve of elections in Damascus, Syria, 25 May 2021. Election campaigning for the candidates come to an end on 25 May as the electoral silence starts ahead of the elections, scheduled for 26 May 2021, in which three candidates, including President Assad, are running up for the post. EPA-EFE/YOUSSEF BADAWI

Bu gün Suriyada prezident seçkiləri başlayıb.

Busaat.az “İnterfaks”a istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri Məhəmməd Rəhmon ölkədə və xaricdə yaşayan 18 milyondan çox Suriya vətəndaşının prezident seçkilərində səs vermək hüququna sahib olduğunu açıqlayıb.

“Seçkilər Dəməşqin nəzarətində olan bölgələrdə keçirilir. Əvvəlki səsvermədən bu yana yeddi ildə bu ərazi genişlənib. Eyni zamanda İdlibdə, həmçinin Suriyanın şimal və şimal-şərqindəki bölgələrinin bir hissəsində səsvermə keçirilə bilməyəcək”, – deyə SAR Xalq Şurasının üzvü Üsamə Mustafa “İnterfaks”a bildirib.

Dəməşqdə səsvermənin başlanması ərəfəsində kütləvi şənliklər, konsertlər təşkil edilib, paytaxt küçələrində avtomobillər milli simvollarla bəzədilib.

Ali Konstitusiya Məhkəməsinin qərarı ilə prezidentlik yarışının son mərhələsində müxalifət namizədi Mahmud Əhməd Meri, keçmiş Sosialist millət vəkili Abdallah Sallum Abdallah və hazırkı dövlət başçısı və “Baas” partiyasının sədri Bəşər Əsəd mübarizə aparır.

Qeyd edək ki, Suriyada prezident 7 il müddətinə və ən çox 2 dəfə seçilə bilər.

2014-cü ildə prezident seçkilərini 88,7 faiz səslə Bəşər Əsəd qazanmışdı.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul